DataLife Engine > Kriminal, BLOK XƏBƏR > “Xətai Park” kompleksində intihar - Özünü 14-cü mərtəbədən atdı

“Xətai Park” kompleksində intihar - Özünü 14-cü mərtəbədən atdı


3-07-2021, 12:21. Yerləşdirdi: Tural “Xətai Park” kompleksində intihar - Özünü 14-cü mərtəbədən atdı
Bakının “Xətai Park” yaşayış kompleksində intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 2-si gecə saat 02 radələrində qeydə alınıb.

Gəncə prospektində yerləşən “Xətai Park” yaşayış kompleksindəki 18 mərtəbəli binanın 14-cü mərtəbəsinin eyvanından bir nəfər özünü atıb.

Onun Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Bağırov Azər İsrafil oğlu olduğu müəyyən edilib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.
Geri qayıt