DataLife Engine > Kriminal > Bakıda ikiqat qətl:

Bakıda ikiqat qətl:


12-12-2014, 10:16. Yerləşdirdi: Esi Bakıda ikiqat qətl:Ötən axşam Bakıda qətl hadisəsi törədilib. apa-nın məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində, "Zığ bağları" adlanan yaşayış məntəqəsində baş verib.

1989-cu il təvəllüdlü Mehdiyev Elşən İlqar oğlu keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Salmanova İntima Bandit qızını amansızlıqla qətlə yetirib. İlkin məlumata görə, Elşən Mehdiyevlə İntima Salmanova bir müddət əvvəl boşanıblar və qadın atasının evinə gedib. Ötən gün isə hələlik məlum olmayan səbəbdən ər və arvad görüşüblər. Onlar "Zığ bağları" massivindəki kimsəsiz evlərdən birinə gediblər. Orada Elşən Mehdiyev və İntima Salmanova arasında mübahisə yaranıb. Kişi keçmiş həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub, öldüyünü düşünərək evi tərk edib. Lakin bir qədər sonra yaralı qadın da küçəyə çıxıb. İntima Salmanovanın ölmədiyini görən Elşən Mehdiyev geri qayıdıb və elə küçədəcə qadını boğub. Nəticədə 22 yaşlı qadın dünyasını dəyişib.

Hadisəni törədən Elşən Mehdiyev Suraxanı Rayon Polis İdarəsinə gedərək, könüllü təslim olub.
Geri qayıt