DataLife Engine > Kriminal, MANŞET > Bakıdakı bu restoranlarda yeyib-içənlər zəhərləndi, biri öldü

Bakıdakı bu restoranlarda yeyib-içənlər zəhərləndi, biri öldü


24-12-2019, 13:18. Yerləşdirdi: Tural Bakıdakı bu restoranlarda yeyib-içənlər zəhərləndi, biri öldü
Bakıda qohumlar restoranda yeyib-içdikdən sonra zəhərləniblər, onlardan biri vəfat edib.

Xalqinfo”nun verdiyi xəbərə görə, Sərxan Bayramov və qohumu Cəlal Həmzəyev dekabrın 21-də Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən “Baku Voice Rooms” restoranında, daha sonra isə Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Baku City” restoranında spirtli içki içib, yemək yeyiblər.

Bunun ardınca onlar özlərini pis hiss ediblər və dekabrın 23-də S.Bayramov Kliniki Tibbi Mərkəzə, C.Həmzəyev 3 saylı Şəhər Kliniki Xəstəxanasına “zəhərlənmə” diaqnozu ilə gətirilib. Nəticədə S.Bayramov xəstəxanada ölüb, C.Həmzəyevin vəziyyəti ağırdır.

Araşdırma zamanı S.Bayramovun meyitinə və hər iki restorana polis, prokurorluq və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə baxış keçirilib. Orada olan spirtli içkilərdən nümunə götürülərək müayinə olunması üçün mütəxəssislərə təqdim edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir.
Geri qayıt