DataLife Engine > Kriminal, MANŞET > Mehman Hüseynovun yaydığı video ilə bağlı - Rəsmi açıqlama

Mehman Hüseynovun yaydığı video ilə bağlı - Rəsmi açıqlama


22-12-2019, 18:19. Yerləşdirdi: Tural Mehman Hüseynovun yaydığı video ilə bağlı - Rəsmi açıqlama
Mərkəzi Seçki Komissiyası (MSK) 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə namizəd Mehman Hüseynovun sosial şəbəkələrdə paylaşdığı videogörüntüyə münasibət bildirib.

"Xalqinfo"nun məlumatına görə, APA-nın sorğusuna cavab olaraq MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə namizəd Mehman Hüseynovun təşviqat materiallarının çıxarılması ilə bağlı müraciətinə əsasən dairə seçki komissiyası qərar qəbul edərək aidiyyatı polis orqanına müraciət edib.

Məsələ tam araşdırıldıqdan sonra müvafiq tədbirlər görüləcək.


Geri qayıt