DataLife Engine > Kriminal, BLOK XƏBƏR, MANŞET > Yasamalda 2 nəfər “Niva”da güllələndi

Yasamalda 2 nəfər “Niva”da güllələndi


23-12-2019, 08:30. Yerləşdirdi: Tural Yasamalda 2 nəfər “Niva”da güllələndi
Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.

Xalqinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb.

Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı “VAZ 2121” (“Niva”) markalı avtomobilində naməlum şəxs tərəfindən tapança ilə güllələnib. Ona ümumilikdə dörd güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ondan başqa, sərnişini İlkin Babayev də güllələnib. O, xəsarətini diz nahiyəsindən alıb. İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Fakt araşdırılır.
Geri qayıt