DataLife Engine > Kriminal, MANŞET > DİN qızın avtobusda öldürülməsi xəbərinə reaksiya verdi

DİN qızın avtobusda öldürülməsi xəbərinə reaksiya verdi


21-12-2019, 14:00. Yerləşdirdi: Tural DİN qızın avtobusda öldürülməsi xəbərinə reaksiya verdi
Daxili İşlər Nazirliyi marşrut avtobusunda gənc qızın öldürülməsi xəbərlərinə münasibət bildirib.

Xalqinfo” xəbər verir ki, DİN-in yaydığı məlumatda deyilir:

“Bu gün sosial şəbəkə istifadəçilərindən biri Binəqədi rayonu ərazisində hərəkətdə olan marşrut avtobusunda cavan oğlanın gənc bir qızı qətlə yetirməsi barədə status yazıb.

Bildiririk ki, nəinki Binəqədi rayonunda, eləcə də paytaxtın digər rayonlarında belə bir hadisə qeydə alınmayıb.

Xahiş edirik, məlumat paylaşmazdan əvvəl DİN-in Mətbuat Xidməti ilə dəqiqləşdirilsin”.

Qeyd edək ki, sosial şəbəkələrdə 165 nömrəli marşrut avtobusunda qızla oğlan arasında mübahisədən sonra sonuncunun bıçaqla qızı ağzından vuraraq öldürməsi haqda məlumatlar yayılmışdı.


Geri qayıt