DataLife Engine > Kriminal > Abşeronda meyiti tapılan gənc qadının ölüm səbəbi açıqlanıb

Abşeronda meyiti tapılan gənc qadının ölüm səbəbi açıqlanıb


5-12-2019, 12:34. Yerləşdirdi: Tural Abşeronda meyiti tapılan gənc qadının ölüm səbəbi açıqlanıb




Abşeronda evdən 25 yaşlı qadın meyiti tapılıb.

Abşeron rayon prokurorluğundan “Xalqinfo”-ya verilən məlumata görə, 1994-cü il təvəllüdlü Firuzə Verdiyevanın meyiti yaşadığı evdən tapılıb.

Abşeron Rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Araşdırma zamanı məlum olub ki, F.Verdiyeva epilepsiya xəstəliyindən əziyyət çəkib və 25 yaşlı qadının həmin xəstəlikdən öldüyü müəyyənləşib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Geri qayıt