DataLife Engine > Kriminal > Dəhşətli qəza ilə bağlı

Dəhşətli qəza ilə bağlı


2-11-2019, 15:43. Yerləşdirdi: Gunay Dəhşətli qəza ilə bağlı
Daxili İşlər Nazirliyi 4 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən qəza ilə bağlı açıqlama yayıb.

"Xalqinfo" DİN-ə istinadən xəbər verir ki, noyabrın 1-də saat 21 radələrində Siyəzən rayonu ərazisində Xaçmaz şəhər sakini H.İsmayılovun idarə etdiyi “Lada” və Bakı şəhər sakini S.Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə hər 2 sürücü və sərnişinlərdən 30-35 yaşlı 2 qadın hadisə yerində ölmüş, digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilmişdir.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xalqinfo.az
Geri qayıt