DataLife Engine > Kriminal > Bakıda keçmiş məhkumdan yarım kiloqram heroin götürülüb

Bakıda keçmiş məhkumdan yarım kiloqram heroin götürülüb


1-11-2019, 12:54. Yerləşdirdi: Gunay Bakıda keçmiş məhkumdan yarım kiloqram heroin götürülüb
Bakı sakinin evində herion aşkarlanıb.

Daxili İşlər Nazirliyindən "Xalqinfo"ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abuşov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evindən isə əlavə olaraq 520 qramdan artıq heroin, 8 qramdan artıq metamfetamin, 56 qramdan artıq tiryək və metadon da aşkar edilərək götürülub.

Xalqinfo.az
Geri qayıt