DataLife Engine > Kriminal > Yeznəsinə 7 bıçaq vuran şəxsə hökm oxundu

Yeznəsinə 7 bıçaq vuran şəxsə hökm oxundu


13-09-2019, 14:17. Yerləşdirdi: Tural Yeznəsinə 7 bıçaq vuran şəxsə hökm oxundu




Adam öldürməyə cəhddə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Xalqinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham olunan 39 yaşlı Bəhram Yaqubovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Höknə əsasən B.Yaqubova 7 il 10 müddətinə azadlıqdan nəhrum etmə cəzası təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini, 33 yaşlı Elçin Məsimov evinin yaxınlığında qaynı B.Yaqubovla mübahisə edib. Mübahisə dava-dalaşa çevrilib. Dava zamanı B.Yaqubov yeznəsinə bıçaqla çoxsaylı zərbələr endirib.

Yaralı koma vəziyyətində 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Törətdiyi əmələ görə B.Yaqubova Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib.
Geri qayıt