DataLife Engine > Kriminal > Yabanı halda bitən çətənə kolları yandırıldı

Yabanı halda bitən çətənə kolları yandırıldı


21-06-2019, 20:04. Yerləşdirdi: Tural Yabanı halda bitən çətənə kolları yandırıldı




Goranboy rayonunda yabanı halda bitən çətənə kolları yandırılıb.

Bu barədə “Xalqinfo”ya DİN-in Mətbuat xidmətinin Gəncə Regional qrupundan bildirilib.

Məlumata görə, Xocalı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayon Mənəşli kəndində yerləşən otlaq sahədən, ümumi çəkisi 1265 kiloqram olan 3793 ədəd yabanı halda bitən narkotik xassəli çətənə kolları aşkar olunub. Həmin çətənə kolları polis əməkdaşları tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib.

Faktla bağlı başlanan təhqiqat araşdırmaları davam etdirilir.
Geri qayıt