DataLife Engine > Kriminal > Tərtərdə ailəli qadınla mesajlaşan şəxsə işgəncə verilib

Tərtərdə ailəli qadınla mesajlaşan şəxsə işgəncə verilib


15-01-2019, 14:55. Yerləşdirdi: Tural Tərtərdə ailəli qadınla mesajlaşan şəxsə işgəncə verilib




“Report” xəbər verir ki, rayonun Ələsgərli kənd sakini, 43 yaşlı E.Z. özünə bıçaqla xəsarət yetirdiyi üçün xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı onun həmkəndlisi 28 yaşlı qadınla mesajlaşdığı üçün qadının əri, 35 yaşlı Fariz Əliyev, qardaşları Ramin və Ruslan, əmisi oğlanları Zamin və Bəkirlə birlikdə E.Z.-nı çay kənarına apararaq döymələri, şəxsiyyətini alçaltmaları, əl-qolunu bağlayaraq avtomobilin yük yerinə qoymaları məlum olub.

E.Z. daha sonra cibində olan bıçaqla özünə xəsarət yetirərək həmin şəxslərin əlindən xilas ola bilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Geri qayıt