DataLife Engine > Kriminal > Bakıda azyaşlıya qarşı seksual hərəkətlər edən manyakın cəzası

Bakıda azyaşlıya qarşı seksual hərəkətlər edən manyakın cəzası


8-01-2019, 16:11. Yerləşdirdi: sefa Bakıda azyaşlıya qarşı seksual hərəkətlər edən manyakın cəzası
Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Ramil Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xalqinfo.az Trend-ə istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Sadıqov 2 il 2 ay 28 gün azadlıqdan məhrum edilib.

İttihama görə, Ramil Sadıqov azyaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib. Uşağın valideynlərinin hadisədən xəbər tutub. Şikayət əsasında Ramil Sadıqov saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.


Geri qayıt