DataLife Engine > Kriminal > Məhkəmə məmuru hakim önündə

Məhkəmə məmuru hakim önündə


20-11-2018, 12:06. Yerləşdirdi: Tural Məhkəmə məmuru hakim önündə





Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməyə təhrik etmə və dələduzluqda təqsirləndirilən Asif Məmmədovun məhkəməsi başlayıb.

“Xalqinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses noyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, A.Məmmədov Salyan Rayon Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru işləyib.

O, işə düzəltmək adı ilə Ələkbər Zeynalov və Naibə Piriyevadan pul alaraq mənimsəyib.
Geri qayıt