DataLife Engine > Kriminal > “Qaqaş” ləqəbli narkotacirin ibtidai istintaqı başa çatdı

“Qaqaş” ləqəbli narkotacirin ibtidai istintaqı başa çatdı


14-11-2018, 09:56. Yerləşdirdi: sefa “Qaqaş” ləqəbli narkotacirin ibtidai istintaqı başa çatdı
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Qaqaş” ləqəbli Rəşad Səfərovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Xalqinfo.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Balaxanı qəsəbə sakini, "Qaqaş” ləqəbli R.Səfərov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinərək saxlanılıb.
Geri qayıt