DataLife Engine > Kriminal > Britaniyaya qanunsuz yolla viza almaq istəyənə cinayət işi açıldı

Britaniyaya qanunsuz yolla viza almaq istəyənə cinayət işi açıldı


5-11-2018, 19:18. Yerləşdirdi: sefa Britaniyaya qanunsuz yolla viza almaq istəyənə cinayət işi açıldı
Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyindən saxta sənədlə viza almaq istəyən Hacıyev Rauf Şükür oğlu barəsində cinayət işi açılıb.

Xalqinfo.az-ın Oxu.Az-a istinadən məlumatına görə, aparılmış istintaqla müəyyən edilib ki, R.Hacıyev Böyük Britaniya Birləşmiş Krallığına viza almaq məqsədilə “Beynəlxalq Bank”da hesabının olmasına dair saxta məktub və bank hesabından çıxarışı bu ölkənin Azərbaycandakı səfirliyinə təqdim edib.

Buna görə də R.Hacıyevin əməlində rəsmi sənədləri qanunsuz hazırlama və bilə-bilə istifadə etmə cinayətinin əlamətləri olduğu üçün onun barəsində müvafiq maddələrlə cinayət işi açılıb.


Şəfa Rasimqızı
www.xalqinfo.az
Geri qayıt