DataLife Engine > Kriminal > Bağça müdiri məhkəməyə gecikdiyi üçün həbs edildi

Bağça müdiri məhkəməyə gecikdiyi üçün həbs edildi


5-11-2018, 16:29. Yerləşdirdi: sefa Bağça müdiri məhkəməyə gecikdiyi üçün həbs edildi
Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Xalqinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda bağçanın müdiri, təqsirləndirilən Tərlan Bağırova məhkəmə iclasına gecikdiyi üçün onun barəsində həbs-qətimkan tədbiri seçilib.

O, məhkəmə iclas zalında həbs edilib.

İndiyədək onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilmişdi.

İttihama görə, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri xeyli sayda qadını işlə təmin etmək adı ilə aldadaraq pullarını mənimsəyib.

Zərərçəkmişlərin sözlərinə görə, özünü bağçanın müdiri kimi təqdim edən Tərlan Bağırova və müdir müavini Aləmzar Əliyeva “Şamaxinka” adlanan ərazidə yeni açılacaq uşaq bağçasına onları işə qəbul edəcəklərinə dair söz verərək pul alıb.

T.Bağırova və A.Əliyeva işə düzəldəcəyi qadınlara iki gündən sonra səliqəli geyimdə bağçanın açılışına gəlmələrini deyib. Təxminən 19 qadın deyilən vaxt həmin ünvana gəlib. Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb.

Dələduzluğa məruz qalan vətəndaşların sözlərinə görə, Tərlan Bağırova və Aləmzar Əliyeva bu şəkildə 19 şəxsə 125 min manat məbləğində ziyan vurub.


Şəfa Rasimqızı
www.xalqinfo.az
Geri qayıt