DataLife Engine > Kriminal, BLOK XƏBƏR, MANŞET > Prokuror Fədayə Laçına cəza istədi - 6il

Prokuror Fədayə Laçına cəza istədi - 6il


5-11-2018, 12:30. Yerləşdirdi: sefa Prokuror Fədayə Laçına cəza istədi - 6il
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xalqinfo.az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Kəngərli çıxış edib.

O deyib ki, təqsirləndirilən şəxslərin cinayəti məhkəmə istintaqı zamanı tam sübuta yetirilib.

Prokuror Ceyhun Səmədovun 10 il, Fuad Hacıyevin 8 il 6 ay, Tural Poladxanovun 8 il 6 ay, Bəhruz Abdullayevin 10 il, Əli Ağaminin 20 il, Məhəmməd Hacıyevin 8 il, Günay Atakişiyevanın 7 il, İsrafil Soltanovun 8 il, Şahlar Bəyəlizadənin 8 il, Anar Əsgərovun 8 il, Tərlan Zeynalovun da 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror müğənni Fədayə Laçının isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.



Şəfa Rasimqızı
www.xalqinfo.az
Geri qayıt