DataLife Engine > Kriminal > Azərbaycana qızıl zərgərlik məmulatlarının keçirilməsinin qarşısı alınıb

Azərbaycana qızıl zərgərlik məmulatlarının keçirilməsinin qarşısı alınıb


3-11-2018, 15:53. Yerləşdirdi: sefa Azərbaycana qızıl zərgərlik məmulatlarının keçirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar Gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

DGK-dan Xalqinfo.az-a verilən məlumata görə, qadın sərnişin keçid xəttində metal axtaran qurğudan keçərkən avadanlıq xəbəredici siqnal verib.

Vətəndaş elektron və sadələşdirilmiş bəyannamə təqdim etmədiyindən onunla şifahi sorğu-sual aparılıb. Bu zaman o, üzərində gizlədilmiş və mütləq bəyan olunmalı hər hansı bir predmetin olmadığını bildirib.

Lakin aparılan şəxsi yoxlama zamanı vətəndaşın sinə nahiyəsində gizlətdiyi parça pul kisəsinin içərisindən, əvvəlcədən gömrük nəzarətinə yazılı, elektron və şifahi qaydada bəyan olunmayan, ümumi çəkisi 64 qram qızıl zərgərlik məmulatları - 1 ədəd qızıl boyunbağı, bir ədəd qolbaq, biri böyük, digəri isə orta ölçülü olmaqla 2 ədəd kulon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt