DataLife Engine > Kriminal > Piyadanı vurub qaçan sürücü axtarışa verildi

Piyadanı vurub qaçan sürücü axtarışa verildi


2-11-2018, 19:16. Yerləşdirdi: sefa Piyadanı vurub qaçan sürücü axtarışa verildi
Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində müəyyən edilməmiş avtomobillə rayon sakini vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xalqinfo.az-a verilən məlumata görə, noyabrın 1-də saat 20:00 radələrində Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində müəyyən edilməmiş avtomobillə Kür qəsəbə sakini Zahir Səfərov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Geri qayıt