DataLife Engine > Kriminal > Bakıda avtobus piyadanı vurub öldürdü

Bakıda avtobus piyadanı vurub öldürdü


1-11-2018, 13:55. Yerləşdirdi: sefa Bakıda avtobus piyadanı vurub öldürdü
130 nömrəli marşrut avtobusu yolu keçən piyadanı vurub.

DİN-dən Xalqinfo.az-a daxil olan məlumata görə, hadisə dünən saat 6 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. Abşeron rayon sakini Namiq Məmmədov idarə etdiyi “Daewoo” markalı 130 saylı xətt avtobusla yolu keçən 25-30 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, 130 saylı avtobus Fidan MMC-yə məxsusdur
Geri qayıt