DataLife Engine > Kriminal > Bakıda oğru dəstə evə basqın etdi -

Bakıda oğru dəstə evə basqın etdi -


29-10-2018, 17:52. Yerləşdirdi: sefa Bakıda oğru dəstə evə basqın etdi -
Bakıda mütəşəkkil dəstə evə basqın edib.

Xalqinfo.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

Paytaxt sakinləri, Həsənov Məmməd Həmzə oğlu tanışı Əlizadə Vüsal Saleh oğlu ilə birlikdə Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi, ev 1a ünvanında Günay Bəşirovaya məxsus evə daxil olaraq oradan 2500 manatlıq qızıl-zinyət əşyaları götürüb hadisə yerindən qaçarkən ev sahibəsi ilə qarşılaşıb. G.Bəşirova oğrulara mane olmaq üçün qonşuları çağırsa da, oğruları yaxalamaq mümkün olmayıb.

Evi qarət edənlər G.Bəşirova və ona köməyə gələn bir neçə nəfərə xəsarət yetirərək hadisə yerindən qaçıblar.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsilə cinayət işi başlanıb.
Geri qayıt