DataLife Engine > Kriminal > Paytaxtda 91 cinayətkar qrup ifşa olunub

Paytaxtda 91 cinayətkar qrup ifşa olunub


27-10-2018, 18:19. Yerləşdirdi: sefa Paytaxtda 91 cinayətkar qrup ifşa olunub
Cari ilin 9 ayı ərzində Bakı Şəhər Baş Polis İdarəsinin ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 4334 hadisə aşkarlanıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə oktyabrın 27-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) cari ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində məlumat verilib.

Qeyd olunub ki, Bakı Şəhər Baş Polis İdarəsində cinayətlərin prоfilaktikasında və açılmasında müasir infоrmasiya tехnоlоgiyalarının tətbiqinin böyük əhəmiyyəti оlub. Belə ki, kameraların arxiv görüntülərindən istifadə edilməklə 219 bağlı cinayət açılıb. Bununla yanaşı, 57 soyğunçuluq və quldurluq cinayəti törədən 52 qrup, eləcə də 80 mənzil oğurluğunda şübhəli bilinən 90 nəfərdən ibarət 39 cinayətkar qrup ifşa olunub.
Geri qayıt