DataLife Engine > Kriminal, MANŞET > Ata ilə oğlu evə girən oğrunu qətlə yetirdi - Bakıda + Yenilənib

Ata ilə oğlu evə girən oğrunu qətlə yetirdi - Bakıda + Yenilənib


25-10-2018, 10:33. Yerləşdirdi: sefa Ata ilə oğlu evə girən oğrunu qətlə yetirdi - Bakıda + Yenilənib
Bakıda ata və oğul evlərinə girən oğrunu öldürüb.

Daxil olan məlumata görə, hadisə bir neçə gün əvvəl baş verib.

Bayıl qəsəbəsində yaşayan 54 yaşlı Sakit Abdullayev oğlu 18 yaşlı Faiq Abdullayevlə birlikdə evlərinə oğurluq etmək üçün daxil olan əvvəllər məhkum olunmuş Əhəd Həsənovu bıçaqlayaraq qətlə yetiriblər.

Ata və oğlu saxlanılıb.

Səbail rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

***

Səbail rayonunda evə oğurluğa girən şəxsin öldürülməsi ilə bağlı detallar məlum olub. Belə ki, oktyabrın 19-da səhər saatlarında Bayıl qəsəbəsinin Neftçi Qurban küçəsində üzərinə zorakılıq əlamətləri olan meyit tapılıb.

Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, meyit 1964-cü il təvəllüdü Həsənov Əhəd Əli oğluna məxsusdur.

İlkin məlumata görə, Ə.Həsənov oktyabrın 19-u gecə saatlarında Neftçi Qurban küçəsi 35, mənzil 39-da yaşayan 1964-cü il təvəllüdlü Abdullayev Sakit Arif oğlunun evinə girib. Oradan radiator batareyasını oğurlayarkən ev sahibinə yaxalanıb və onlar əlbəyaxa dava ediblər. Ə. Həsənov ev sahibini döyüb, bu zaman S.Abdullayevin oğlu Əli oğrunu arxadan kürəyindən bıçaqlayıb.

Ə.Həsənov oradaca vəfat edib. Daha sonra ata və oğul meyiti sürüyərək küçəyə atıblar. Oktyabrın 24-də cinayətin üstü açılıb və hər iki şəxs saxlanılıb.
Geri qayıt