DataLife Engine > Kriminal > Azərbaycanlılar Ukraynada Türkiyə vətəndaşını oğurladılar

Azərbaycanlılar Ukraynada Türkiyə vətəndaşını oğurladılar


23-10-2018, 07:19. Yerləşdirdi: sefa Azərbaycanlılar Ukraynada Türkiyə vətəndaşını oğurladılar
Ukraynanın Lvov şəhərində Türkiyə vətəndaşı 3 nəfər tərəfindən qaçırılıb.

Xalqinfo.az DHA-ya istinadən xəbər verir ki, Ö.G adlı şəxs Lvovun mərkəzində silahlı şəxslər tərəfindən maşına mindirilərək naməlum istiqamətə aparılıb.

Bu barədə polisə məlumat daxil olduqdan sonra genişmiqyaslı əməliyyat aparılıb. Axtarışlar nəticəsində silahlıların yeri müəyyənləşdirilib və Ö.G xilas edilib.

Saxlanılan silahlılardan birinin 40 yaşında Türkiyə vətəndaşı, digər ikisinin 26 və 27 yaşında iki Azərbaycan vətəndaşı olduğu açıqlanıb.

Faktla bağlı cinayət işi açılıb.
Geri qayıt