DataLife Engine > Kriminal > Bakıda oğru qardaşlar tutuldu

Bakıda oğru qardaşlar tutuldu


14-10-2018, 12:14. Yerləşdirdi: sefa Bakıda oğru qardaşlar tutulduBakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

Xalqinfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, rayon ərazisində 3 nəfərin velosipedlərinin oğurlanması barədə 18-ci polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bülbülə qəsəbə sakinləri Zaur Hacımuradov və qardaşı İlqar saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Geri qayıt