DataLife Engine > Kriminal > Bakıda 500 min manatlıq dələduzluq edən qadın tutuldu -

Bakıda 500 min manatlıq dələduzluq edən qadın tutuldu -


12-10-2018, 22:31. Yerləşdirdi: sefa Bakıda 500 min manatlıq dələduzluq edən qadın tutuldu - Bakıda vətəndaşlara yarım milyon manata yaxın ziyan vuran qadın tutulub.

Xalqinfo.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin əməliyyatçıları Neftçala sakini Fəxrəndə Səfərovanı çoxsaylı şikayət əsasında tutublar. Məlum olub ki, gənc qadın “İnstagram” sosial şəbəkəsində “İnşaatçılar” metrostansiyası yaxınlığında kosmetik əşyaların satıldığı mağazanı açdığı barədə məlumat yayaraq özünə şərik axtardığını bildirib.

Saxlanılan Fəxrəndə Səfərovanın sözlərinə görə, o, vətəndaşların köməyi ilə iki mağaza açıb və bir müddət də qazancı onlarla bölüşüb.

İşin istintaqını aparan müstəntiq Cavid Əhmədov bildirib ki, F. Səfərova təxminən 35 nəfərə qarşı 480 min manatdan çox ziyan vurub. Amma polis zərərçəkənlərin artacağını da istisna etmir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.


Geri qayıt