DataLife Engine > Kriminal > Baş həkim maşınla piyadanı vurub öldürdü

Baş həkim maşınla piyadanı vurub öldürdü


11-10-2018, 12:09. Yerləşdirdi: sefa Baş həkim maşınla piyadanı vurub öldürdüBakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb.

Xalqinfo.az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

9 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Yunusov Arif Əhməd oğlunun idarə etdiyi "Hyundai Sonata" markalı 90-BB-636 dövlət nömrə nişanlı avtomobillə Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.
Geri qayıt