DataLife Engine > Kriminal, BLOK XƏBƏR, MANŞET > Qəbələdə ərəblərin qaldığı ev yandı - Bir nəfər öldü

Qəbələdə ərəblərin qaldığı ev yandı - Bir nəfər öldü


8-10-2018, 10:57. Yerləşdirdi: sefa Qəbələdə ərəblərin qaldığı ev yandı - Bir nəfər öldü
Qəbələ rayonunda ərəb turistlərin qaldığı ev yanıb.

Xalqinfo.az-ın verdiyi xəbərə görə, hadisə bu gün səhərə yaxın baş verib. Ərəblərin kirayə tutduğu ev qəfildən yanıb.

Yanğın zamanı evdə 4 nəfər olub, onlardan üçü qaçaraq çölə çıxıb, yatmış vəziyyətdə olan bir nəfər isə yanaraq ölüb. Onun şəxsiyyəti müəyyənləşməsə də, xarici ölkə vətəndaşı olduğu bildirilir.

Araşdırma davam etdirilir.
Geri qayıt