DataLife Engine > Kriminal, BLOK XƏBƏR, MANŞET > Arvadına hirslənib, xalasının evinə od vurdu - Video

Arvadına hirslənib, xalasının evinə od vurdu - Video


7-10-2018, 10:14. Yerləşdirdi: sefa Arvadına hirslənib, xalasının evinə od vurdu - VideoKeçmiş kürəkən həyat yoldaşının xalasının evinə od vurub.

Xalqinfo.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, xoşagəlməz hadisə Mingəçevir şəhəri, N. Nərimanov 40 ünvanında yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində qeydə alınıb. Ev sahibi Xatirə Yusifova iddia edir ki, yaşadığı evi bacısı qızının keçmiş həyat yoldaşı yandırıb.

Qadının sözlərinə görə, Teymur Hümmətov evdə heç kimin olmadığına əmin olduqdan sonra eyvanın yaxınlığında olan tut ağacına çıxıb və oradan mənzilə daxil olaraq yanğın törədib. Evinin yanması xəbərini isə X. Yusifovaya qonşular məlumat verib. 2-ci mərtəbədə tüstü çıxdığını görən bina sakinləri dərhal yanğınsöndürənləri də hadisə yerinə çağrıblar. Alov tez bir zamanda ram edilib. Yanğın zamanı əsasən ev əşayaları yanaraq yarasız hala düşüb. Ev sahibin sözlərinə görə,ona 500 manata yaxın ziyan dəyib. X. Yusifova baş verən hadisə ilə bağlı polisə müraciyyət edib. Hadisənin baş vermə səbəbləri araşdırlır.


Geri qayıt