DataLife Engine > Kriminal > Ötən gün 17 cinayət “isti izlər”lə açılıb

Ötən gün 17 cinayət “isti izlər”lə açılıb


6-10-2018, 15:17. Yerləşdirdi: sefa Ötən gün 17 cinayət “isti izlər”lə açılıb
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 123 cinayət faktından 17-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Xalqinfo.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan beş nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.


Geri qayıt