DataLife Engine > Kriminal > 80 minlik motor oğurlayan dəstə tutuldu

80 minlik motor oğurlayan dəstə tutuldu


3-10-2018, 12:11. Yerləşdirdi: Tural 80 minlik motor oğurlayan dəstə tutuldu




Xızı Rayon Polis Şöbəsinə rayonun Giləzi qəsəbəsi ərazisində yerləşən “VİRİDE” MMC-yə məxsus Rusbot-85K tipli gəzinti təyinatlı gəmidən oğurluq edilməsi barədə müraciət olunub.

DİN-dən “Xalqinfo”ya daxil olan xəbərə görə, məlumatla əlaqədar rayon polis şöbəsində yaradılan əməliyyat-istintaq qrupu tərəfindən hadisə yerinə baxış keçirib. Araşdırmalarla adı çəkilən MMC-yə məxsus gəzinti təyinatlı gəmidən ümumi dəyəri 80.000 manat məbləğində dəyərləndirilən 2 ədəd Merkuri-200 markalı əsas və ehtiyat mühərrikləri, bir ədəd akkumlyator və bir ədəd uzaqdan idarəetmə cihazı oğurlanması müəyyən edilib.

Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Müslüm Əhmədov, Cəmil Həsənov, Vidadi Abasov və Ramil Rəhimov olmaları müəyyən edilib və onlar saxlanılıb.

Dəstə tərəfindən oğurlanan 2 ədəd Merkuri-200 markalı əsas və ehtiyat mühərrikləri maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı Müslüm Əhmədov, Cəmil Həsənov, Vidadi Abasov və Ramil Rəhimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində Xızı rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Geri qayıt