DataLife Engine > Kriminal, BLOK XƏBƏR, MANŞET > Dəmirov İsmayılovu öldürməsinin səbəbini açıqladı: “Qorxdum ki...”

Dəmirov İsmayılovu öldürməsinin səbəbini açıqladı: “Qorxdum ki...”


21-09-2018, 10:14. Yerləşdirdi: sefa Dəmirov İsmayılovu öldürməsinin səbəbini açıqladı: “Qorxdum ki...”
Azərbaycan Daxili İşlər Nazirliyinin sabiq polkovniki Gözəl Dəmirov Ədalət Partiyasının sədri, sabiq ədliyyə naziri İlyas İsmayılovun oğlu Etimad İsmayılovu öldürməsinin səbəbini açıqlayıb.

Xalqinfo.az-ın xəbərinə görə, Gözəl Dəmirov polisə ilkin ifadəsində bildirib ki, Etimad İsmayılovla aralarında borc üstündə mübahisə olub.

G.Dəmirov Etimad İsmayılovdan iş görmək üçün bir müddət əvvəl 1 milyon dollar borc alıb. Etimad İsmayılov Gözəl Dəmirovdan sözügedən vəsaiti qaytarmağı tələb edib və bunun müqabilində aralarında mübahisə yaranıb. Mübahisə sonda razılaşma ilə bitib. Belə ki, Gözəl Dəmirov 19 sentyabr axşam saatlarında onunla görüşüb, borcun müəyyən miqdarını qaytaracağına söz verib.

G.Dəmirov söz verdiyi pulu qaytara bilməyəcəyini bildiyi üçün üzərində silah götürüb və onun ofisinə gəlib. Dəmirov qorxub ki, E.İsmayılov pulu ala bilməyəcəyi təqdirdə onu güllələyə bilər.

G.Dəmirov nəhayət sürücüsü ilə fikirləşdiyi kimi cinayəti törədib. Belə ki, o, sürücüsü ilə E.İsmayılovun ofiisnə gələrək ona söz verdiyi pulu gətirmədiyini deyib. Bu zaman aralarında yenidən mübahisə yaranıb. Mübahisə sonda E.İsmayılovun güllələnməsi ilə bitib.
Geri qayıt