DataLife Engine > Kriminal, BLOK XƏBƏR, MANŞET > Telman İsmayılova daha bir ağır zərbə: Zaur Mərdanovu həbs etdilər

Telman İsmayılova daha bir ağır zərbə: Zaur Mərdanovu həbs etdilər


20-09-2018, 22:13. Yerləşdirdi: sefa Telman İsmayılova daha bir ağır zərbə: Zaur Mərdanovu həbs etdilər
Moskvanın Basmannı rayon məhkəməsi Çerkizov bazarının sabiq rəhbəri, azərbaycanlı milyarder Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanovu müğənni Avraam Russonun oğurlanmasında müqəssir bilərək iki ay müddətinə həbs edib.

Xalqinfo.az RİA "Novosti"yə istinadən xəbər verir ki, qərarı hakim Yelena Lenskaya elan edib.

Qeyd edək ki, bir müddət əvvəl Avraam Russo hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, onu 2004-cü ildə biznesmen Telman İsmayılovun sifarişinə əsasən oğurlayıb və döyüblər.

Telman İsmayılova daha bir ağır zərbə: Zaur Mərdanovu həbs etdilər
Geri qayıt