DataLife Engine > Kriminal > “Azərişıq” ASC-nin işçisini cərəyan vurub öldürdü

“Azərişıq” ASC-nin işçisini cərəyan vurub öldürdü


12-09-2018, 20:32. Yerləşdirdi: sefa “Azərişıq” ASC-nin işçisini cərəyan vurub öldürdüBakıda "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb.

Xalqinfo.az modern-ə istinadən xəbər verir ki, Nərimanov rayon Enerji Təchizatı və Satışı İdarəsində 4-cü dərəcəli usta işləyən, 1987-ci il təvəllüdlü Əliyev Ziyəddin Əhəd oğlu Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 21 ünvanında yerləşən 220 saylı yarımstansiyanın qapalı paylayıcı bölməsinin elektrik yuvasında təmir və təmizlik işləri apararkən ehtiyatsızlıqdan açıq elektrik naqilinə toxunub.

Hadisə nəticəsində onu elektrik cərəyanı vurub öldürüb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.
Geri qayıt