DataLife Engine > Kriminal > Gəncə olaylarının fəal işti­rak­çısı ölkədən qaçarkən saxlanıldı

Gəncə olaylarının fəal işti­rak­çısı ölkədən qaçarkən saxlanıldı


6-08-2018, 17:53. Yerləşdirdi: Tural Gəncə olaylarının fəal işti­rak­çısı ölkədən qaçarkən saxlanıldı





Gəncə hadisələrinə görə axtarışa verilən şəxs ölkədən çıxmaq istəyərkən saxlanılıb.

“Xalqinfo”nun Dövlət Sərhəd Xidmətinə istinadən verdiyi xəbərə görə, avqustun 1-də Gəncə hadisələrinin aktiv iştirakçısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan vətəndaşı 27.02.1994-cü il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılıb və aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib.
Geri qayıt