DataLife Engine > Kriminal, BLOK XƏBƏR > “Qoca”ya taksiyə minməkdə kömək edib -

“Qoca”ya taksiyə minməkdə kömək edib -


3-08-2018, 16:10. Yerləşdirdi: Tural  “Qoca”ya taksiyə minməkdə kömək edib - [code][/code]




Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, müavinləri Tural Poladxanov və Fuad Hacıyev, taksi sürücüsü Məhəmməd Hacıyev, Günay Atakişiyeva, Aqil Nəcəfov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov, Anar Əsgərovun məhkəməsi başlayıb.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, proses davam edir.

***

Anket məlumatları dəqiqləşdirilən zaman təqsirləndirilən şəxslər himayələrindəki uşaqların sayını açıqlayıblar.

Təqsirləndirilən Aqil Nəcəflinin vəkili vəsatət verərək istintaqın pozuntularla aparıldığını bildirib. İttihama görə, A. Nəcəfli təcridxanada saxlanılan "Qoca" ilə bir neçə dəfə görüşərək pul alıb və onun Biləcəridən taksiyə minərək getməsinə kömək edib. A.Nəcəfli isə istintaqa ifadəsində Etibar Məmmədova onun həyat yoldaşı Mahizər Arif qızının verdiyi paltarı və 100 manatı çatdırdığını qeyd edib.

Vəkil müvəkkili barəsində cinayət işinə xitam verilməsini istəyib.

Eynulla Vəliyev isə müvəkkili barəsindəki həbs qətimkan tədbiri qərarının ləğv edilməsini və onun azadlığa buraxılmasını istəyib.

Vəsatətlər təmin edilməyib.

Cinayət işinin məhkəmə baxışına qəbul edilməsi barədə qərar çıxarılıb. Proses avqustun 8-də davam etdiriləcək.
Geri qayıt