DataLife Engine > Kriminal > “Sahil”in möhür və sənədləri oğurlandı

“Sahil”in möhür və sənədləri oğurlandı


25-12-2017, 07:45. Yerləşdirdi: sefa “Sahil”in möhür və sənədləri oğurlandı
Bakı sakini ona məxsus olan firmadan oğurluq edilməsi ilə bağlı polisə müraciət edib.

“Xalqinfo”nun Lent.az-a istinadən məlumatına görə, Xətai rayonu R.Məmmədov küçəsində yerləşən “Sahil” MMC-nin rəhbəri 1971-ci il təvəllüdlü Əsgərov Hüseyn Kamil oğlu polisə müraciət edərək bildirib ki, firmanın möhür və sənədləri oğurlanıb.

O bildirib ki, gecə saatlarında yaşadığı binanın qarşısında yerləşən fima ofisinə 3 nəfər basqın edib. Onlar ofisin qapısını sındıraraq içəri keçiblər və oradan 2 möhürü, eləcə də sənədləri götürərək çıxıblar. Şikayətçi oğurluq edən şəxslərdən birinin adının Sahil olduğunu əlavə edib.

Araşdırma aparılır.
Geri qayıt