DataLife Engine > Kriminal, BLOK XƏBƏR, MANŞET > Əli İsmayılovun qardaşı saxlanıldı

Əli İsmayılovun qardaşı saxlanıldı


22-12-2017, 15:09. Yerləşdirdi: sefa Əli İsmayılovun qardaşı saxlanıldı
Azərbaycanın məşhur boksçusu Əli İsmayılovun qardaşı Eldar İsmayılov saxlanılıb.

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, E.İsmayılov oğurluqda şübhəli bilinir.

Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının apardığı araşdırmalar nəticəsində əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Eldar İsmayılovun “Audi“ markalı avtomobilin yan güzgülərini oğurladığı müəyyən edilib.

E.İsmayılovun ətrafında aparılan tədbirlərlə onun noyabrın 10-dan 20-dək olan müddətdə rayon ərazisində daha 2 “Audi” və 1 “Volkswagen”in yan güzgülərini sökərək oğurlaması da müəyyənləşdirilib.

Bundan başqa, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə müəyyən edilib ki, E.İsmayılov cari ilin oktyabr-noyabr ayları ərzində rayon ərazisində 9 avtomobildən ehtiyat hissələri oğurlayıb.

Qeyd edək ki, 42 yaşlı Əli İsmayılov boksçu karyerasını bir neçə il əvvəl başa vurub.
Geri qayıt