DataLife Engine > Kriminal > “Dedi ki, pulu kürəkənin götürüb...”

“Dedi ki, pulu kürəkənin götürüb...”


22-12-2017, 12:32. Yerləşdirdi: sefa “Dedi ki, pulu kürəkənin götürüb...”Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilənlər - "DəmirBank"ın Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin məhkəməsi keçirilib.

Xalqinfo.az-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında baxış iclası keçirilib.

Bugünkü iclasda Fariz Qarayev ifadə verərək deyib ki, F.Rəşadətlinin göstərişi ilə bəzi şəxslərin adına olan pulları kassadan çıxararaq ona verib.

Tamamgül Xanlarova deyib ki, F.Rəşadətli ilə yaxşı münasibətləri yaxşı olub. "Fərəh xanım müdir yox, bizim üçün bacı, dost, yoldaş olub. Nə problemimiz olubsa, yanımızda olub. Həmişə ondan çox yaxşı münasibət görmüşük. Onun nəsə pul mənimsəməsindən, pulları kiminsə götürməsindən xəbərim yoxdur".

Zərərçəkmiş Sevda Xəlilova ifadəsində bildirib ki, qızlarının adına 450 min, öz adına 300 min dollar əmanət qoyub: “Bir neçə ay faizləri alandan sonra gecikmələr başladı. Mən pulu bankdan götürmək istəyəndə Fərəh xanım bunu etməməyimi xahiş etdi. Dedi ki, pulu da faizləri ilə bir yerdə qaytaracaq. Bir müddət sonra bizə dedilər ki, sizin məbləğ çox olduğu üçün baş ofisə gedib. Orada isə bizim adımıza əmanət olmadığını, artıq pulların çıxarıldığını bildirdilər. İndi tələb budur ki, banka qoyduğum əmanətim geri qaytarılsın. Bir də ki, Fərəh xanım istintaqda deyib ki, qızımın adına olan pulu kürəkənim Tural Axundov götürüb. İstintaqda Fərəh xanımla üzləşib bunu soruşmaq istəyirdim, icazə vermədilər.

Bu məsələdən sonra qohumlarımızla da aramız dəydi, çünki “Dəmirbank” pul qoymağı mənə Tural məsləhət etmişdi”.
S.Xəlilova qeyd edib ki, qoyduğu 7500 minlıq əmanətə qarşılıq olaraq 7500 manat və 1150 dollar faiz alıb.

İttihama görə, F.Rəşadətli zərərçəkən Axundova Əzizə Tofiq qızından 1 milyon 255 min dollar alıb. Axundov Bəhruz Həsən oğlundan 800 min manat dollar , Əliyeva Pərvanədən 400 min manat dollar , Axundova Gülnür 300 min dollar, Xəlilova Sevda Rüstəm qızından 300 min dollar, Xəlilova Firəngiz 150 min dollar, Nərgiz Məmmədlidən 150 min dollar, Rüstəm Qasımovdan 100 min dolları əmanət kimi alaraq mənimsəyib.

"DəmirBank"ın nümayəndəsi mülki iddia qaldıraraq banka dəyən maddi və mənəvi ziyana görə 100 min manat ödənilməsini tələb edib.
Geri qayıt