DataLife Engine > Kriminal > Məmməd Vəliyevə hökm oxundu -

Məmməd Vəliyevə hökm oxundu -


21-12-2017, 11:25. Yerləşdirdi: sefa Məmməd Vəliyevə hökm oxundu - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən və uzun müddət axtarışda olan Məmməd Vəliyevə hökm oxunub.

"Xalqinfo"nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan M.Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı daha bir məhkəmə prosesi yekunlaşıb. Belə ki, Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun təqsirləndirildiyi iş üzrə artıq hökm verilib. Hakim Eldar İsmayılov hər 3 şəxsə şərti cəza verib.
Geri qayıt