DataLife Engine > Kriminal, BLOK XƏBƏR, MANŞET > Ana 12 yaşlı qızını doğrayaraq ət maşınında çəkib

Ana 12 yaşlı qızını doğrayaraq ət maşınında çəkib


20-12-2017, 07:35. Yerləşdirdi: sefa Ana 12 yaşlı qızını doğrayaraq ət maşınında çəkibHonkonqda dəhşətli qətl hadisəsi baş verib.

Xalqinfo.az “Daily Mail”ə istinadən xəbər verir ki, polis 12 yaşlı qızını qətlə yetirən qadını həbs edib.

Məlumata əsasən, 37 yaşlı Çao mətbəx bıçağı ilə əvvəlcə uşağı öldürüb. Daha sonra cəsəddən canını qurtarmaq üçün onu balaca hissələrə ayırıb. Qalıqların bir hissəsini ət maşını ilə çəkib, bəzilərini isə vannaya qoyub.

Qətlin üstünün açılmasına isə qadının qonşudan aldığı telefonu qaytarmaması səbəb olub. Hadisə yerinə gələn polis evin qapısını qıraraq mənzilə daxil olub. Təhlükəsizlik xidmətinin əməkdaşları evdə cəsədin qalıqlarını aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır. Cinayətin hansı səbəbdən törədildiyi məlum deyil.

Ana 12 yaşlı qızını doğrayaraq ət maşınında çəkib
Geri qayıt