DataLife Engine > Kriminal > Əllərini, gözlərini və ağzını bağlayaraq yola atıblar...

Əllərini, gözlərini və ağzını bağlayaraq yola atıblar...


19-12-2017, 13:14. Yerləşdirdi: sefa Əllərini, gözlərini və ağzını bağlayaraq yola atıblar...Dekabrın 5-də İsmayıllı Rayon Polis Şöbəsinə gəlmiş Gəncə şəhər sakini Mahir Məmmədov ona qarşı quldurluq edilməsi barədə məlumat verib.

“Xalqinfo” DİN-ə istinadən xəbər verir ki, M.Məmmədov deyib ki, həmin gün axşam saatlarında paytaxtdakı Beynəlxalq Avtovağzal Kompleksində 2 naməlum şəxs onun idarə etdiyi “Mercedes” markalı avtomobilinə sərnişin qismində oturaraq Biləcəri qəsəbəsinə, sonra isə Gəncə şəhərinə gedəcəklərini bildiriblər.

Biləcəri qəsəbəsində onlar sürücünü döyüb 70 manatını və mobil telefonunu alıblar, əllərini, gözlərini və ağzını bağlayaraq avtomobillə İsmayıllı rayonuna gətirmiş, Bizlan kəndində yolun kənarında onu düşürərək özləri həmin avtomobillə yollarına davam ediblər.

Əl-qolunu açaraq yolda rast gəldiyi vətəndaşlardan Polis Şöbəsinin yerini öyrənən M.Məmmədov əllərindəki plastmas xamutlarla Polis Şöbəsinə gəlib, üzləşdiyi cinayət barədə məlumat verib.

Əməliyyat-axtarış tədbirləri ilə avtomobil həmin gün Ağsu rayonunun Nüdü kəndi ərazisində tapılıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxslərin paytaxtın Biləcəri qəsəbəsində olduqları yer müəyyən edilib. İsmayıllı RPŞ-nin Binəqədi RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini Ülvi Xəlilov və Neftçala rayon sakini Ümid Əliyev saxlanılaraq istintaqa təhvil veriliblər.
Geri qayıt