DataLife Engine > Kriminal > Dələduzluq edənə 10 il həbs verildi

Dələduzluq edənə 10 il həbs verildi


19-12-2017, 14:13. Yerləşdirdi: sefa Dələduzluq edənə 10 il həbs verildiBakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sədi Cəfərova hökm oxunub.

“Xalqinfo”nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə S.Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

S.Cəfərov bir müddət əvvəl 8 il cəza alıb. Həbsdə olduğu vaxt müəyyən edilib ki, onun əməlində daha iki nəfər zərər çəkib. Həmin şəxslərdən ümumilikdə 20 min manat alaraq onları işə düzəldəcəyini cəd edib. Həmin şəxslərin şikayəti üzrə cinayət işi ayrıca icraatda araşdırılıb. Məhkəmə isə bu iki şikayət və öncəki 8 il cəzanı birləşdirərək yekun 10 il azadlıqdan məhrum etmə cəzası verib.
Geri qayıt