DataLife Engine > Kriminal > Bakıda məhbusun ölməsinin səbəbi məlum oldu -

Bakıda məhbusun ölməsinin səbəbi məlum oldu -


13-12-2017, 18:29. Yerləşdirdi: sefa Bakıda məhbusun ölməsinin səbəbi məlum oldu - Bakıda cəzaçəkmə müəssisəsində ölüm olub.

Xalqinfo.az-ın APA-ya istinadən məlumatına görə, Penitensiar Xidmətin Qaradağ rayonunda yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Mürsəlov Fərhad Zeynal oğlu dünyasını dəyişib.

Hadisə yerinə Qaradağ rayon Prokurorluğunun əməkdaşları çıxıb. Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq ekspertizalar təyin edilib.

Baş vermiş hadisə ilə bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

Penitensiar Xidmətdən APA-ya verilən məlumata görə, məhkum Mürsəlov Fərhad Zeynal oğlu ürək çatışmazlığından ölüb. Bununla bağlı həkim rəyinin olduğu açıqlanıb.


Geri qayıt