DataLife Engine > Kriminal > MTN generalı apellyasiya şikayəti verdi

MTN generalı apellyasiya şikayəti verdi


11-12-2017, 11:00. Yerləşdirdi: sefa MTN generalı apellyasiya şikayəti verdiLəğv edilmiş MTN-nin generalı Elçin Quliyev və onun əməkdaşı polkovnik Azər Mehdiyev barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

Xalqinfo.az-ın verdiyi xəbərə görə, keçmiş “MTN-çi”lər onlar bəraət hökmü verilməsini və müsadirə edilən əmlaklarının özlərinə qaytarılmasını istəyiblər.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə general E.Quliyev 10 il 6 ay müddətinə, polkovnik A.Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

E.Quliyevdən general rütbəsinin alınması üçün prezidentə, A.Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün müvafiq icra orqanına təqdimat verilib. Həmçinin, onların əmlaklarının müsadirə edilməsinə qərar verilib.
Geri qayıt