DataLife Engine > Kriminal > Gəncədə qətl törədildi -

Gəncədə qətl törədildi -


8-12-2017, 10:02. Yerləşdirdi: sefa Gəncədə qətl törədildi -
Gəncədə qətlə yetirilən şəxsin kimliyi məlum olub.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, küçədə meyiti tapılan şəxsin 1997-ci il təvəllüdlü Cəmşidzadə Vicay Qabil oğlu olduğu müəyyənləşib.

Hadisəni törədənin kimliyi məlum deyil, fakt araşdırılır.

***

Gəncədə qətl hadisəsi törədilib.

Xalqinfo.az APA-ya istinadla xəbər verir ki, gecə saat 01:00 radələrində şəhərin Dədə Qorqud küçəsində üzərində bıçaq xəsarətləri olan cavan yaşlarında kişi aşkarlanıb.

Xəstəxanaya aparılsa da, onun artıq öldüyü məlum olub. Qətlə yetirilən şəxsin kimliyi məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Geri qayıt