DataLife Engine > Kriminal, BLOK XƏBƏR, MANŞET > Əməkdar artistdən ailəsini öldürənə dəstək - “Məcbur olub...”

Əməkdar artistdən ailəsini öldürənə dəstək - “Məcbur olub...”


7-12-2017, 18:11. Yerləşdirdi: sefa Əməkdar artistdən ailəsini öldürənə dəstək - “Məcbur olub...”
“Mən o adama bəraət qazandırmıram. O ən qatı cinayətkardır. Amma burada bir şey var. Onu bu həddə gətirib çıxarmaq... Səbəbləri var. Elin bir qınağı var".

Xalqinfo.az xəbər verir ki, bu sözləri əməkdar artist Yusif Mustafayev “Xəzər TV” də yayımlanan Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində Salyandakı qətlə münasibət bildirərkən deyib.

O, cinayəti törətməkdə ittiham olunan Fərhad Əliyevə dəstək olub:

“O da kişi olub, bayıra çıxıb. Onun qulağına sözlər gəlib. Hamı dağılıb Türkiyəyə getsin. Namus-qeyrət gedir. Qoyun cavanlarımıza dərs olsun. Məcbur qalıb belə addım atıb”.
Geri qayıt