DataLife Engine > Kriminal, MANŞET > Azərbaycanlı qadın türk sevgilisinə 7 bıçaq vurdu

Azərbaycanlı qadın türk sevgilisinə 7 bıçaq vurdu


5-12-2017, 12:04. Yerləşdirdi: sefa Azərbaycanlı qadın türk sevgilisinə 7 bıçaq vurdu
Türkiyənin Konya şəhərində azərbaycanlı qadın 9 aylıq körpəsini boğmağa çalışdığını iddia edərək sevgilisini 7 bıçaq zərbəsi ilə qətlə yetirib.

Xalqinfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə ötən həftə baş verib. Barda işləyən 27 yaşlı Aysel Eşmə 38 yaşlı həyat yoldaşı M.E-dən 2 il əvvəl boşansa da, birlikdə yaşamağa davam edib və 9 ay əvvəl uşaqları olub. Lakin Aysel 2 ay əvvəl eks həyat yoldaşını tərk edərək 2 uşaq atası olan Ümit Göker ilə yaşamağa başlayıb.

Hadisə qadın işdə olduğu zamanı baş verib. Qadın 9 aylıq oğlu Emir Ayazı sevgilisi ilə evdə tək qoyub. Ümit Göker gecə saatların mətbəxdə yemək bişirən zaman uşağın çarpayıdan düşdüyünü və bu səbəbdən dərhal xəstəxanaya çatdırdığını bildirib. İfadəsi alındıqdan sonra Göker sərbəst buraxılıb.

Daha sonra sevgilisi Aysel və onun əri ilə görüşərkən qadın aralarında mübahisə yaranıb. Bu zaman Aysel üzərindəki bıçaqla Gökerə hücum edib, küçədə onu 50 metr qovduqdan sonra 7 yerindən bıçaqlayıb. Buna səbəb olaraq sevgilisinin övladını boğaraq öldürdüyünü əsas gətirib. Polisə ifadə vermək üçün aparılan Aysel Eşmə jurnalistlərə “Övladım xəstəxanada yatır. Sülaləsi dua etsin, uşağım gözlərini açsın” deyə açıqlama verib.

Lakin yerli mətbuat həmin dəqiqələrdə 9 aylıq körpənin xəstəxanada dünyasını dəyişdiyini yazır.

Azərbaycanlı qadın türk sevgilisinə 7 bıçaq vurdu
Azərbaycanlı qadın türk sevgilisinə 7 bıçaq vurdu
Geri qayıt