DataLife Engine > Kriminal > Qadının çantasını oğurladı, içindən 4 manat tapdı

Qadının çantasını oğurladı, içindən 4 manat tapdı


4-12-2017, 21:20. Yerləşdirdi: sefa Qadının çantasını oğurladı, içindən 4 manat tapdıBakıda soyğunçuluq hadisəsi baş verib.

“Xalqinfo” Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində naməlum şəxs 1977-ci il təvəllüdlü Pərvanə Əliyevaya hücum edib. Qadının tək olmasından istifadə edən soyğunçu zorla onun çantasını əlindən alaraq qaçıb. Çantada Pərvanə Əliyevanın şəxsiyyət vəsiqəsi və 4 manat pul olub.

Faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Geri qayıt